Dağlıq Qarabağda “fövqəladə rejim” elan olundu - 30 günlük
Tarix: 12-04-2020, 23:03
Baxılıb: 572
Google+ Paylaş
Tumblr Paylaş

Dağlıq Qarabağda “fövqəladə rejim” elan olundu - 30 günlük

12-04-2020, 23:03

Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan separatçı rejim koronavirus təhlükəsi ilə əlaqədar olaraq “fövqəladə rejim”in tətbiqinə başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı separatçıların başçısı Bako Saakyan bununla bağlı qərar verib.
B.Saakyanın “mətbuat xidməti“ bildirib ki, separatçı lider Dağlıq Qarabağdakı əhaliyə müraciətlə, koronavirus pandemiyasından qorunmaq üçün fövqəladə rejimin tətbiqi ilə bağlı “fərman” imzaladığını elan edib.
Fövqəladə rejimlə əlaqədar olaraq qondarma qurumun “dövlət naziri” Qriqoriy Martirosyan komendant təyin edilib. Tətbiq olunan rejim 30 gün – 12 apreldən 12 mayadək davam edəcək. Erməni mediası 14 apreldə Dağlıq Qarabağda qondarma rejimin “prezidenti” postuna keçiriləcək “prezident seçkiləri” (ikinci tur) ilə bağlı məsələyə də aydınlıq gətirməyə çalışıblar. Bildirilib ki, Qarabağdakı qondarma qurumun rəhbərliyi “seçkilər” günü bütün sanitar normalara əməl olunacağını deyiblər.
Qeyd edək ki, işğal altındakı Laçın rayonunda koronavirus daşıyıcısı aşkarlandıqdan və daha sonra ardıcıl olaraq xəstələr üzə çıxarıldıqdan sonra separatçı qurum vəziyyətdən narahat olmağa başladı. Mirik kəndi isə ətraf aləmdəntəcrid olunub.
Bütün bunlara baxmayaraq, separatçı və işğalçı tərəf “seçki” iddiasından əl çəkmir...
 
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ