loading...

Bakıdakı uşaq bağçasında azyaşlıya qarşı vəhşilik - FOTO VİDEO

Bakıdakı uşaq bağçalarından birində azyaşlıya qarşı zorakılıq edilib. Uşağın valideyni Xədicə Əliyeva ''facebook'' profilində Fatmayıdakı uşaq bağçasında oğluna qarşı edilmiş kobudluğu paylaşıb:

''Fatmayı bağcasında uşağa qarşı belə bir vəhşilik. Hələ alnındakı şişi demirəm. Mən anlamıram ki, Fatmayı bağçasında müəllimlər nə travma keçirib ki, uşaqlardan belə açıq çıxırlar? Hara baxır bu insanlar, bu nə vəhşilikdir? Məlumatı olan varsa zəhmət olmasa desin. Artıq birinci dəfə deyil belə hərəkət. Böyük bacısını da belə edirdi. Gedirdik üstlərinə, ağlayıb yalvarırdılar ki, şikayət etməyin, balama yazığınız gəlsin. Bəs siz niyə başqalarının uşağına əl qaldırırsınız? Sizin işiniz uşaqları tərbiyə etməkdir yoxsa döyüb travma vermək? Lap nadinc də olsa da kimin ixtiyari var uşağa belə vəhşicəsinə hərəkət edə? Bu hərəkəti müəllim xarici ölkədə etsəydi türməyə salıb 10 il cəza verərdilər''.

Günün sonu olduğundan uşaq bağçası ilə əlaqə saxlamaq mümkün olmadı.

Criminal.az[video=http://]Bakıdakı uşaq bağçasında azyaşlıya qarşı vəhşilik - FOTO VİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər