Bakıda Zəfər Günü bu yollar bağlı olacaq
Tarix: 6-11-2022, 16:32
Baxılıb: 286
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda Zəfər Günü bu yollar bağlı olacaq

6-11-2022, 16:32

8 Noyabr - Zəfər Günü münasibətilə səhər saat 08:00-dan günorta saat 13:00-a qədər paytaxtın müxtəlif küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur.
Bu barədə reportyor.org-a Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub:
"Birinci marşrut - Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı,
İkinci marşrut - Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsi,
Üçüncü marşrut - Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətində olacaq".
A.Əsgərli hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollar qeyd edilən saatlarda bağlı olacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ