Ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları - SİYAHI
Tarix: 17-10-2022, 15:33
Baxılıb: 281
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları - SİYAHI

17-10-2022, 15:33

Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb.
reportyor.org xəbər verir ki, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə də cəhd edilib:
"Belə ki, Bakı-Novorossiysk neft kəməri, Mingəçevir Su Elektrik Stansiyası (SES), Qərb İxrac Boru kəməri, Cənubi Qafqaz genişlənmiş Boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qəbələ Beynəlxalq Hava Limanı da hədəfə alınmışdı".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ