“Komsomolskaya Pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin 68 yaşında vəfat edib.
reportyor.org xəbər verir ki, bu barədə TASS və “Zvezda” telekanalı mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, baş redaktorun ölümünün səbəbi insult olub.
“Zvezda” kanalının mənbəyi V.Sunqorkinin Primorsk diyarında keçirilən avtoyürüşdə iştirak etdiyini bildirib. O, xəstəxanaya yerləşdirilsə də jurnalisti xilas etmək mümkün olmayıb.
“KP”nin icmalçısı Aleksandr Qamov “İnterfaks”a bildirib ki, nəşrin baş redaktoru Xabarovsk diyarında ezamiyyətdə olub. “İnsult şübhəsi... İndi biz onun Moskvaya aparılmasını təşkil edirik”, - o əlavə edib.