loading...

Yusf Yusifovda bu qədər sərvət hardandır? -Mikayıl Cabbarovun ''üz qarası''

Bəs bu qədər sərvət səndə hardandır? - Rektora çətin sual

Bəs bu qədər sərvət səndə hardandır? - Rektora çətin sual Qiyməti 140 min ABŞ dolları olan ağ rəngli “Lexus-570” avtomobili və 10 min dollarlıq “Vertu” telefonu GDU rektorunun elm adamı deyil, daha çox uğurlu bir biznesmen olması təəssüratını yaradır.

Son vaxtlar ölkə mətbuatının səhifələrində Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətində müşahidə olunan neqativ hallara dair dərc olunan tənqidi materialların sayında bir artım müşahidə olunmaqdadır. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanın təhsil sistemində, o cümlədən bir çox ali təhsil müəssislərində həqiqətən də müxtəlif problemlər mövcuddur. Lakin GDU-da gedən proseslər heç də digər ali məktəblərdə müşahidə olunan cari problemlərə bənzəmir.

Belə ki, redaksiyamıza bu universitetin daxilində olan mənbələr tərəfindən təqdim olunan açıqlamalarda da vurğulanır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə arzuolunmaz bir duruma gətirmişdir.

Xatırladaq ki, Yusif Yusibov özü Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində, 1981-1997-ci illərdə isə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib. Ola bilsin ki, məhz elə bu səbəbdən də bu gün Yusif Yusibovun rəhbərlik etdiyi Gəncə Dövlət Universitetində kimyaçılar xüsusi imtiyazlara malikdirlər. Hətta bu imtiyazlar bəzi hallarda həmin şəxslərə tamamilə fərqli ixtisaslar üzrə dosent və professor kimi elmi dərəcələr almağa belə imkan verir. Eyni zamanda da, rektor tərəfindən bu imtiyazlara “layiq görülməmiş” digər müəllimlər nəinki elmi dərəcə, hətta halal əmək haqlarını belə ala bilmirlər.

Bu günlərdə əldə etdiyimiz bir məlumata görə, hazırda GDU-da 4115 nəfər tələbə ödənişli əsaslarla təhsil alır. Lakin bu tələbələrdən əldə olunan gəlirlərdən universitetin müəllim heyətinə demək olar ki, heç nə çatmır. Bu barədə açıqlama verən mənbələr vurğulayırlar ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli əsasla təhsil alan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. Halbuki, bir çox ixtisaslar üzrə ödənişli təhsil üçün müəyyən olunmuş qiymətlər GDU-da hətta əksər paytaxt universitetlərində olduğundan da yüksəkdir. Məsələn, “Tarix” ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Olsun, olmağının heç bir ziyanı yoxdur. Amma problem bundadır ki, bu yüksək qiymətlərin nə tələbələrin aldıqları təhsilin keyfiyyətinə, nə də əziyyət çəkən müəllimlərə heç bir xeyiri də yoxdur.

Mənbələr iddia edirlər ki, bu yüksək məbləğlər ilbəil GDU-nun rəhbərliyi tərəfindən təmir işləri, mebel və avadanlıqların alınması və digər adlar altında “silinərək” mənimsənilir. Məhz belə bir talançı yanaşma tərzinin nəticəsidir ki, bu gün 32 laboratoriyası olan universitetdə, hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə əldə olunmayıb. Təqdim olunan açıqlamalarda vurğulanır ki, bu laboratoriyaların əksəriyyəti bütün tədris ili boyunca qapısı bağlı vəziyyətdə qalsa da, Yusif Yusibovun göstərişi ilə tərtib olunan sənədlərdə onların az qala gecə-gündüz, intensiv şəkildə analiz və elmi- tədqiqat işlərilə məşğul olduğu qeyd olunur. Bunda məqsəd isə, yenə də maliyyə maxinasiyaları üçün əlavə şərait və imkanlar əldə etməkdir.

Maraqlıdır ki, mənbələr Yusif Yusibovun bu maxinasiyalar sayəsində əldə etdiyi var-dövlətini qətiyyən gizlətməyə çalışmadığını da vurğulayırlar. Bildirilir ki, qiyməti 140 min ABŞ dolları olan ağ rəngli “Lexus-570” avtomobili və 10 min dollarlıq “Vertu” telefonu GDU rektorunun elm adamı deyil, daha çox uğurlu bir biznesmen olması təəssüratını yaradır. Amma iş adamlarından fərqli olaraq, Yusif Yusibovun tabeliyində çalışan sıravi müəllimlər bütün bu dəbdəbənin fonunda hələ də qəpik-quruş saymaqda davam edirlər...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.dia.az
Yusf Yusifovda bu qədər sərvət hardandır? -Mikayıl Cabbarovun ''üz qarası''Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər