Aİ Ukraynanın bərpası üçün xüsusi fond yaratmağı öhdəsinə götürdü
Tarix: 25-03-2022, 11:07
Baxılıb: 294
Google+ Paylaş
Tumblr Paylaş

Aİ Ukraynanın bərpası üçün xüsusi fond yaratmağı öhdəsinə götürdü

25-03-2022, 11:07

Avropa İttifaqı ölkənin bərpası üçün Ukrayna ilə Həmrəylik Etimad Fondu yaratmağı öhdəsinə götürüb.
Publika.azUNIAN-a istinadla xəbər verir ki, bu barədə  Aİ sammitinin yekunlarının 8-ci bəndində deyilir.
Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynaya vurulan dağıntıları, böyük itkiləri nəzərə alaraq, Aİ dövlətin təcili ehtiyaclarını ödəmək və müharibədən sonra demokratik Ukraynanı bərpa etmək üçün Ukrayna hökumətini dəstəkləməyə sadiqdir.

  • Bu məqsədlə Avropa İttifaqı Ukrayna ilə Həmrəylik Etimad Fondunun yaradılmasına razılıq verir və beynəlxalq tərəfdaşları iştiraka dəvət edir, dərhal hazırlıq görməyə çağırıb.
  • Aİ komissiyanı ölkədə islahatlar üçün texniki yardım göstərməyə davam etməyə çağırıb.
  • Aİ həmçinin fonda vəsait toplamaq üçün vaxtında beynəlxalq konfrans təşkil etməyə çağırıb.

KSE-nin hesablamalarına görə, fevralın 24-də Rusiyanın hücumu nəticəsində infrastruktura dəyən ziyan artıq 62-119 milyard dollar təşkil edib. Əhalinin, sosial və tibbi infrastrukturun itkiləri 10 milyard dollara qədər.

Maliyyə naziri Marçenko hesab edir ki, Ukrayna müharibə səbəbindən ÜDM-nin 1/3-ni itirəcək.
2022-ci ildə birbaşa itkilər təxminən 62 milyard dollar olacaq və gələcək minalardan təmizləmə xərcləri 1 trilyon dolları keçəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ