Arif Əsgərovun baldızı oğlu PREZİDENTƏ MÜRACİƏT ETDİ - "Tofiq Zeynalovun oğlanlarının dələduzluqla əldə etdikləri..."
Tarix: 9-03-2022, 15:06
Baxılıb: 243
Google+ Paylaş
Tumblr Paylaş

Arif Əsgərovun baldızı oğlu PREZİDENTƏ MÜRACİƏT ETDİ - "Tofiq Zeynalovun oğlanlarının dələduzluqla əldə etdikləri..."

9-03-2022, 15:06

6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 1 aprel 1981-ci il doğum tarixli, 17 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 178.3-cü maddəsi ilə təqsirli bilinib, 9 il müddətinə həbs edilən məhkum Hüseynov Emin İsmayıl oğlu Prezident İlham Əliyevə müraciət edib.

"Keçmiş nəqliyyat nazirinin müavini (xalamın yoldaşı) Arif Ələsgərovun və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlanlarının dələduzluqla əldə etdikləri külli miqdarda pul vəsaitinin ələ keçirilməsində öz günahlarını Rahiblə mənim üzərimə yıxmaqla və atalarının nüfuzlarından istifadə etməklə bizə cinayət işi qaldırmış və həbs edilmişik.

Valideynlərim istintaq işləri ilə əlaqədar Vəkillər Kollegiyasının 4 saylı Hüquq Məsləhətxanasına müraciət edib. Hüquqlarımızın müdafiəsi üçün vəkil Sevil Balasultan qızı Hacıyeva ilə müqavilə imzalanıb. O, İşlə tam tanışlıqdan sonra valideynlərimdən 2016-cı ilin sentyabr ayından köçürmə və nəğd əldən-ələ müdafiə xərcləri adı ilə 207 min 104 manat alınmışdır.

Bu hadisə ilə əlaqədar atam İsmayıl Hüseynov insult keçirib. Nəticədə mənə və qardaşıma 9 il həbs cəzası veriləndə Sevil Hacıyevadan şübhələndik.

Vəkil Sevil Hacıyeva atam İsmayıl Hüseynovun rəhbərlik etdiyim “Arsenal” k/t-r şirkətinə məxsus maşın və texnikanı, anamın zinyət əşyalarını bizim azad olunmağımıza tələb olunan xərc adı ilə inandırıb ələ keçirmişdir.

Daha sonra biz 10-12 ay istintaq təcridxanasında qaldıqdan sonra, xəstəliyimiz ilə əlaqədar məhkəməyə qədər Səbail rayon məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmışıq. Sözügedən vəkil valiydenləimdən aldıqları məbləğdən kifayətlənməyib, guya hər ikimizin məhkəməyə qədər azadlığı üçün özündən 100 min manat pul xərcləmişdir.

Ümumilikdə Sevil Hacıyeva valideynlərimdən 470 000 AZN pul alıb. Ona ödəniş etdiyi qəbzlər hamısı bizdədir. Bundan əlavə evimizi, maşınlarımızı və digər dəyərli əşyalarımızı mənimsəyib. Pulları məmimsəmək üçün qardaşım Rahibin ailəsini də dağıdıb.

Cənab Prezident, sizdən xahiş edirəm ki, dələduzluq yolu ilə bizi tam azad etdirmək adı ilə valideynlərimi inandırıb, əyri yollarla əmlaklarımızı və pullarımızı ələ keçirmiş Sevil Hacıyevadan bizə dəymiş zərərlərin geri qaytarılmasına hüquqi qiymət verib, köməkliyinizi əsirgəməyəsiniz.

Digər tərəfdən artıq zərərçəkmişlərə zərərlər ödənilib və barışıq ərizələri var. Valideynlərimin xəstə olmasını nəzərə alaraq məni əfv etməyinizi xahiş edirəm. Cəza çəkdiyim müddətdə mənim həyata baxışlarım dəyişdi və başa düşdüm ki, həyatda azadlıqdan, sağlamlıqdan və yaxınlarımdan vacib heçnə yoxdur. Bütün yazılanları nəzərə alaraq xahiş edirəm ki, məni azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkməkdən azad edəsiniz".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ