"Rusiyanın iflası elə Ukraynadan BAŞLANACAQ..." - Ukraynanın Ankaradakı səfiri
Tarix: 18-02-2022, 07:15
Baxılıb: 5 547
Google+ Paylaş
Tumblr Paylaş

"Rusiyanın iflası elə Ukraynadan BAŞLANACAQ..." - Ukraynanın Ankaradakı səfiri

18-02-2022, 07:15

Ukrayna 2014- cü ildəki ölkə deyil.
 
REPORTYOR.ORG Moderator.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Ankaradakı səfiri Vasili Bondar "Türkiyə" nəşrinə müsahibəsində bəyan edib.
 
Diplomat Rusiyanın iflasını proqnozlaşdırıb və əlavə edib ki, müharibə dünyada qüvvələr nisbətini dəyişəcək. Bundan əvvəl Moskva dəfələrlə bəyan edib ki, qonşu ölkəyə hücum etməyi planlaşdırmır. Ukrayna 2014-cü ildəki ölkə deyil, bu ölkə hələ dünyanı təəccübləndirəcək, Ukraynanın Ankaradakı səfiri Vasili Bondar deyib. "Kremlin planları baş tutmayacaq və Rusiyanın iflası elə Ukraynadan başlanacaq", - diplomat qeyd edib.
 
Rusiyanın hədəfləri Ukraynaya yönəldiyi bir vaxtda Ukraynanın Ankaradakı səfiri Vasili Bondar deyib: "Mən bütün dünyanı xəbərdar edirəm. Rusiya lideri böyük ağılsızlıq törətməyə hazırlaşır".
 
Diplomat vurğulayıb ki, Ukrayna Rusiyanın hərbi gücünə bələddir. "Biz, kişilər, qadınlar, cavanlar, qocalar Rusiyanın ölkəmizə soxulacağı təqdirdə böyük müqavimətə hazırlaşırıq. İddia edirlər ki, Rusiya bir neçə gün ərzində bütün Ukraynanı işğal edəcək. Ukrana daha 2014- cü ildəki ölkə deyil, biz hələ dünyanı təəccübləndirəcəyik".
 
Bodnar qeyd edib ki, Rusiya ordusu bütün vasitələrdən, o cümlədən kimyəvi və nüvə silahından istifadə edə bilər, genişmiqyaslı müdaxilə planlarını işə sala bilər.
 
Belarus hərbçilərini döyüşməyə məcbur edəcəklər
 
Ukrayna səfirinin sözlərinə görə, Putinin regional layihəsi SSRİ-nin süqutundan sonra müstəqillik qazanan ölkələrin belarusiyalaşdırılmasından ibarətdir. Daha sonra Vasili Bodnar heyrət doğuran bəyanatla çıxış edib:
 
"Belarus ordusu formasını dəyişəcək və Ukraynaya qarşı vuruşacaq".
 
"Bizim 500 min keçmiş hərbçimiz var, demək olar ki, onların hamısı Rusiyaya qarşı döyüşəcək, - Bondar deyib. - Ordu və ehtiyat qüvvələrdən başqa, kişilərimizin yarıdan çoxu bu savaşda iştirak etmək əzmindədir. Milyonlarla ukraynalılar, o cümlədən qadınlarımız, qızlarımız öz ölkəsini müdafiə etməyə hazırdır".
 
Türkyə amili vacibdir
 
Daha sonra Ukraynanın Türkiyədəki səfiri aşağıdakı bəyanatla çıxış edib:
 
"Bu böhranın müharibəyə çevrilməsi dünyada qüvvələr nisbətini dəyişəcək. Ukrayna Asiya-Avropa tarazlığında açar ölkədir. Qərb təhlükəni anlayır, amma bizim üçün Türkiyənin mövqeyi, xüsusilə Krımla bağlı mövqeyi çox qiymətlidir. Prezident Ərdoğanın Ukraynaya səfəri nəticəsində bizim qarşılıqlı əlaqələrimiz tamamilə yeni müstəviyə keçib. Diplomatiya sahəsində edilənlər isə  heyranlıq doğurur. Hal-hazırda Qafqazda və digər regionlarda Putin Rusiyası hərbi təhdidlərilə bütün ölkələri diz çökdürüb. Bəzi istisnalarla regionun bütün ölkələrində özünün hərbi qarnizonlarını yaradıb.
 
Rusiya özünün oyuncaq kadrları ilə bu ölkələri idarə edir. Bizi də müstəqilliyimizdən məhrum etmək istəyir. Bu mənada Ukrayna yeganə ölkədir ki, Rusiyaya meydan oxuyaraq ona tabe olmur. Bu isə Putinin nüfuzuna böyük zərbə vurur, buna görə də o, belə aqressivdir.
 
Rusiyada keçirilən ictimai rəy sorğusuna görə, rusiyalıların 91 faizi Ukrayna ilə müharibənin əleyhinədir. Analoji vəziyyət hərbçilər, həmçinin Rusiya ordusunun rəhbərliyində də müşahidə edilir. Kremlin planları baş tutmayacaq və Putin Rusiyasının iflası elə Ukraynadan başlanacaq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ