loading...

"Ermənistan mövcud vəziyyətin dəyişməsini istəmir"

"Ermənistan mövcud vəziyyətin dəyişməsini istəmir""Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyət ermənilər üçün də, onların havadarları üçün də sərfəlidir. Onlar mövcud vəziyyətin dəyişməsini istəmirlər. İstəyirlər ki, işğal etdikləri Azərbaycan ərazilərini öz ərazilərinə çevirsinlər". Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

F.Quliyev bildirib ki, ermənilər cəbhədə təxribatlar törətməklə öz istəklərinə nail olmaq istəyirlər: "Ancaq bu mümkün deyil. İndiki status-kvonun dəyişməsi mütləq vacibdir və bu, ermənilərin istəyinə bağlı deyil. Beynəlxalq konvensiyalar var, Azərbaycanın Konstitusiyası var və erməni işğalçıları dərhal Azərbaycan ərazilərini tərk etməlidirlər".

Deputat qeyd edib ki, ermənilərin törətdiyi yeni təxribat Azərbaycan Ordusu tərəfindən dəf edilməliydi və edildi: "Bir sıra böyük dövlətlər və beynəlxalq təşkilatlar atəşi dayandırmağa çağırdılar. Amma onların heç biri razılaşmaz ki, əraziləri işğal altında qalsın. Azərbaycanın da əraziləri işğal altındadır. Biz başqa ərazidə döyüş aparmırıq. Əgər biz Ermənistana hücum etsək, onda qarşılıqlı olaraq hər iki tərəf ittiham olunmalıdır. Amma bilirlər ki, Azərbaycan ərazisində işğalçı ordu var. İşğalçılara çağırış etmək əvəzinə, yenə də ortaya bir qəribə bərabərlik qoyurlar, hər iki tərəfə çağırış edirlər. Bu, qeyri-normal yanaşmadır".

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları da erməniləri narahat edən amillərdən biridir: "Azərbaycanın bu gün böyük dövlətlərlə münasibətləri yaxşılaşdıqca bu münasibətlərin korlanmasına çalışan qüvvələr ümidləri boşa çıxdığı üçün çalışırlar ki, belə məsələlərdə təxribatçı addımlar atsınlar. Bu baxımdan Azərbaycanın Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi ermənilərin qıcıqlanaraq provokasiya törətməsində bir amildir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər