Almaniyadan Moskvaya gələn Navalnı hava limanında belə saxlanıldı - VİDEO
Tarix: 18-01-2021, 00:27
Baxılıb: 2 486
Google+ Paylaş
Tumblr Paylaş

Almaniyadan Moskvaya gələn Navalnı hava limanında belə saxlanıldı - VİDEO

18-01-2021, 00:27

Zəhərləndiyi iddiası ilə Almaniyada müalicə görən və  Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.
Avropa.info xəbər verir ki, bu haqda  RİA “Novosti” xəbər yayıb.
Aleksey Navalnı Şeremetyevo Hava Limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.
Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.
Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov siyasətçi Aleksey Navalnının Moskvanın Şeremetyevo hava limanında həbs olunmasına münasibət bildirib.

Kremlin spokesman Peskov confirms he has contracted COVID-19 - Russian  Politics & Diplomacy - TASS
Peskov yerli mediaya deyib ki, bu barədə heç bir şey bilmir: "Üzr istəyirəm. Onu Almaniyada saxlayıblar? Mənim heç nədən xəbərim yoxdur”.
Kremlin nümayəndəsi əlavə edib ki, onun məzuniyyətinin son günüdür və baş verənləri izləməyib.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ