Kürdəmirin deputatı utanmadan icra başçısının həbsindən DANIŞIB
Tarix: 23-08-2020, 11:56
Baxılıb: 1 296
Google+ Paylaş
Tumblr Paylaş

Kürdəmirin deputatı utanmadan icra başçısının həbsindən DANIŞIB

23-08-2020, 11:56

“Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü kimi, təəssüf hissi ilə bildirirəm ki, ölkədə davam edən korrupsiya ilə radikal mübarizə tədbirlərinə baxmayaraq, deputat seçildiyim Kürdəmir rayonunda da bu kimi neqativ hallar baş verib”.
Kanal32.az-ın məlumatına görə, bunu 57 saylı Kürdəmir seçki dairəsindən deputat “seçilən” Əminə Ağazadə deyib.
O bildirib ki, güclü dövlət, şəffaf idarəçilik sistemi naminə bundan sonra da korrupsiya ilə əlaqədar hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar kəsərli tədbirlər davam etdiriləcək və təqsirli şəxslər öz layiqli cəzalarını alacaqlar:“Bunu əminliklə deyə bilərəm”.
Qeyd edək ki, Kürdəmir əhalisinin, RİH-nin vəzifəli şəxsləri tərəfindən rüşvət alınması, dövlət əmlakının ələ keçirilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı qeyd olunan faktlar təsdiqini tapmış və 19.08.2020-ci il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıb.
İcra başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikası  CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin faktla əlaqədar tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.
Xatırladaq ki,bu il keçirilən növbədənkənar parlament seçkilərində ən biabrçı və analoqu olmayan seçki olayları məhz Kürdəmirdə yaşanıb.Təcili Tibbi Yardım maşınında secici daşıyan kim,büllüten oğurlayan kim,alt paltarında bülleten gizlədən kim,protokol qaçıran kim və daha nələr, nələr…Bütün bu şərəfsizlikləri,qanunlara hayqırını təşkil edən isə sabiq icra başçısı Ceyhun Cəfərov olub. Bir neçə gün öncə həbs olunan Ceyhun Cəfərov bu “fədakarlığı” məhz indi onun barəsində “qanun”dan danışan Əminə Ağazadə üçün edib.Özü də sabiq Baş prokuror Zakir Qaralovun xətrinə…Çünki Əminə xanım Zakir Qaralovun sevimli kadrlarından biri olub. Yeri gəlmişkən onu da xatırladaq ki, Əminə Ağazadə seçkilərin nəticəsi elan olunan gecə nə qulaqlarına, nə gözlərinə inana bilməyib.Və “deputat seçildiyini” eşidən kimi qalibiyyətini divan-kreslonun başına hoppanmaqla qeyd edib.Videosu da var haaa…Bax belə-belə işlər…
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ