Kifayət Hacıyevə Xocavənd xəstəxanasına necə direktor təyin edilib
Tarix: 4-12-2021, 10:40
Baxılıb: 1 321
Google+ Paylaş
Tumblr Paylaş

Kifayət Hacıyevə Xocavənd xəstəxanasına necə direktor təyin edilib

4-12-2021, 10:40

Nürəngiz Bəşirova yeni direktoru ofsaydda saxlayıb

Bir müddət öncə Beyləqan Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilatı-Metodik işlər üzrə müavini Kifayət Hacıyevə Xocavənd rayon xəstəxanasının direktoru təyin edildi. Dəfələrlə haqqında çoxsaylı şikayətlər olan və bu şikayətlərə görə töhmət alan biri necə olub ki, baş direktor təyin edilib. "Beyləqan Xəbərləri" səhifəsinə daxil olan məlumata görə Kifayət Hacıyeva Xocavənd xəstəxanasının direktoru təyin edilmək üçün 50 min manat pul xərcləyib. Kifayət Hacıyevanın direktor təyin edilməsini isə hazırda Beyləqan rayon xəstəxanasının direktoru işləyən Nürəngiz Bəşirova "həll" edib.  
Direktor Hacıyevanın vəzifə üçün xərclədiyi 50 min manatı Nürəngiz Bəşirovaya verdiyi bildirilir. Yəni Kifayət Hacıyevanın TƏBİB-lə əlaqələrini, onun Xocavənd xəstəxanasının direktoru təyin edilməsi üçün verdiyi pulu yuxarıya Nürəngiz Bəşirova çatdırıb. 

Aldığımız məlumata görə Nürəngiz Bəşirova Kifayət Hacıyevanın 50 min manatından icra başçısı Eyvaz Hüseynovada pay verib. Məlumata görə Kifayət Hacıyeva Xocavənd xəstəxanasının direktoru təyin edilməsinə artıq peşman olub. Çünki o direktor vəzifəsində olmasına baxmayarq yenədə Xocavənd xəstəxanasını Nürəngiz Bəşirova idarə edir və Kifayət Hacıyeva demək olar ofsaydda qalıb. Məsələ ilə bağlı araşdırmamız davam edir. Bizi izləməkdə davam edin...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ