İcra başçısından şəhid adına hörmətsizlik - Baxımsız orta məktəb, yoxa çıxan 100 min manat (VİDEO)
Tarix: 31-05-2020, 09:22
Baxılıb: 1 070
Google+ Paylaş
Tumblr Paylaş

İcra başçısından şəhid adına hörmətsizlik - Baxımsız orta məktəb, yoxa çıxan 100 min manat (VİDEO)

31-05-2020, 09:22

Xəbər verdiyimiz kimi, bəzi rayonlarda rəhbərlik tərəfindən şəhid ailələrinə qarşı sərgilənən qeyri-həssas, hətta təhqiramiz münasibət artıq ənənəyə çevirilib.
 
Kainat.tv bildirir ki, Ziya Mahmudov baxımsız qalan Tərtərin rayon Xoruzlu kənd məktəbi ilə bağlı video paylaşıb.

O, bildirib ki, bu gün rayon rəhbərliyinin fəaliyyətindən narazılıqların əks olunduğu çox sayda şikayətlər var. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi "abadlıq və quruculuq” işləri ilə bağlı həyata keçirdiyi maxinasiyalardır.
 
Vurğulanıb ki, Xoruzlu kənd orta məktəb şəhid adını daşımasına baxmayaraq çox bərbad haldadır. Qapısı, pəncərəsi olmayan orta məktəb bilərəkdən bu vəziyyətə gətirilib. İndi də baxımsız qalaraq xarabalığı xatırladır. Rayonda bütün vəzifələri pulla satan M.Məmmədov şəhid adına olan məktəbə də qazanc gözü ilə baxır. Təbii ki, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da böyük bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir.
 
Qeyd edək ki, Tərtərin Xoruzlu kəndində şəhid adına olan tam orta məktəbin təmir və yenilənməsi üçün 100 min manatın ayrıldığı və heç bir iş görülmədən pulun yoxa çıxması da video müəllifi tərəfindən açıq şəkildə deyilir. 
 
Ətraflı videoda:
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ