Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu tarixdən qiymət dəyişəcək
Tarix: 30-06-2023, 10:03
Baxılıb: 132
Google+ Paylaş
Tumblr Paylaş

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu tarixdən qiymət dəyişəcək

30-06-2023, 10:03

Hibrid avtomobillərə maraq böyük olsa da, idxal proqnozu özünü doğrultmadı.
Reportyor.tv xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, hibrid avtomobillərə tətbiq olunan güzəştlərdən sonra gözlənirdi ki, 2023-cü ildə ölkəmizə idxal olunan ümumi avtomobillərin 10-15 faizindən çoxunu hibrid avtomobillər təşkil edəcək.
"Lakin gözlənilən olmadı."
İldə cəmi 2-3 faiz artım müşahidə edə bildik.
Ekspert bildirib ki, növbəti aydan etibarən bütün yeni avtomobilərin qiymətində artım müşahidə olunacaq. Bu artım isə istehsalçılar tərəfindən anons edilib.
Qeyd edək ki, ölkəmizə 5 ayda 5884 ədəd hibrid avtomobil idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15.8 faiz çox olsa da, gözlənilən artım səviyyəsindən aşağıdır.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ