FHN Lənkəranda təlim keçirdi - Foto
Tarix: 5-06-2023, 17:27
Baxılıb: 217
Google+ Paylaş
Tumblr Paylaş

FHN Lənkəranda təlim keçirdi - Foto

5-06-2023, 17:27

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
reportyor.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişləri “xilas edərək” ilkin yardım göstərib, habelə “suda boğulmuş şəxsin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ