Azərbaycanda qadınlar üçün XOŞ XƏBƏR - Bu xidmətlər pulsuzdur - VİDEO
Tarix: 28-04-2022, 12:27
Baxılıb: 131
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda qadınlar üçün XOŞ XƏBƏR - Bu xidmətlər pulsuzdur - VİDEO

28-04-2022, 12:27

"İcbari tibbi sığortanın xidmətlər zərfinə hamilə qadınlar üçün bir neçə müayinə və müalicə üsulları daxildir. Bunlar həm ambulator, həm də stasionar şəkildə həyata keçirilir".

Reportyor.org xəbər verir ki, bu sözləri REAL TV-yə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Aynurə İsmayılova bildirib: "Ambulator olaraq ultrasəs müayinəsi, antinotal qulluğun aparılması, eyni zamanda genekoloji problemləri olan qadınların müayinələridir. Stasionarda isə müəyyən əməliyyatların həyata keçirilməsini göstərə bilərik".
Qeyd edək ki, bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ