FHN yoxlamalar keçirdi - VİDEO
Tarix: 28-04-2022, 12:24
Baxılıb: 74
Google+ Paylaş
Tumblr Paylaş

FHN yoxlamalar keçirdi - VİDEO

28-04-2022, 12:24

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi növbəti yoxlama tədbirlərini Dövlət Yanğından Mühafizə Xidmətinin struktur bölmələrində keçiriblər.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müvafiq əmri ilə təsdiq olunmuş “Təşkilati-metodiki göstərişlərin Əsas tədbirlər planı”nın icrasının təmin edilməsi məqsədilə Baş idarənin əməkdaşları tərəfindən Aran, Qarabağ və Gəncə Regional mərkəzlərinin fəaliyyət göstərdiyi xidməti ərazilər üzrə yerləşən Dövlət Yanğın Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsində, Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsində və Ağdam, Ağcabədi, Tərtər, Göygöl, Ağdaş, Göyçay, Goranboy rayon Dövlət Yanğından Mühafizə hissələrində, eləcə də Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 133 nömrəli Yanğından Mühafizə Bölməsində döyüş və peşə hazırlığı, xilasetmə işinin təşkili, texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, şəxsi heyətin tibbi təminatı və mənəvi-psixoloji vəziyyəti üzrə yoxlamalar aparılıb və zərurət yarandığı hallarda əməli köməklik göstərilib, yoxlamalar zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar, onların başvermə səbəb və şəraitinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb.
Hazırda bu istiqamətdə işlər davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ