Daha bir qrup Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək-FOTOLAR
Tarix: 7-04-2020, 00:38
Baxılıb: 641
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir qrup Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək-FOTOLAR

7-04-2020, 00:38

Rusiya-Azərbayacan sərhəddində qalmış daha 56 nəfər Azərbaycan vətəndaşı da yaxın günlərdə ölkəmizə gətirilməsi təmin olunacaq.
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olun­muş razılı­ğa əsasən və Azərbaycan Respublikasının Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-dən başalayaraq “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.
Kanal32.az xəbər verir ki,Dağıstan Respublikasında qalan daha 56 Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi üçün təxirsalınmaz tədbirlər həyata keçirilir.Azərbaycanın Rusiya Federasiyasındakı səfərliyini və Dərbənd Dövlət Dram Teatrının Baş inzibatçısı,tanınmış ictimai fəal Qəni Pənayevin təşkilatçılığı ilə içərilərində qadınların və uşaqların da olduğu azərbaycanlılar Dərbənddə məscidinə yerləşdiriliblər.Onlar ilk növbədə geyim və ərzaqlarla təmin edilib.Məsciddə yaradılmış kömək qərərgahın rəhbəri Qəni Pənayev soydaşlarımızla söhbət aparıb və bidlrib ki,Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olun­muş razılı­ğa əsasən yaxın günlərdə sənədləşmə işləri başa çatan kimi onlar Azərbaycana göndəriləcək.
  
Soydaşlarımızın bu günə kimi Azərbaycana qayıda bilməməsinin səbəblərindən biri də onların sənədlərində problemlərin olmasıdır.Qəni Pənayev müxbirimizlə söhbətində bildirib ki,bu şəxslərin əksəriyyətinin ya sənədlərində probelm var,ya heç sənədləri yoxdur.Ancaq buna rəğmən Azərbaycanın Rusiya Federasiyasındakı səfərliyini bilavəsitə köməyi ilə onlara hüquqi yardım göstərilib və şəxsiyyəti təsdiq edən sənədlərin hazırlanması üçün müvafiq prosedurlar həyata keçirilib.
  
O da vurğulanıb ki,əslində şəxsiyyəti təsdiq edən sənədlərin alınması prosesində vətəndaşlar bilavasitə özləri iştirak etməli olduğu halda,səfirlik onların xeyirinə bunu onlayın şəkildə təmin edir.Yaxın günlərdə həm böyüklər,həm də uşaqlar sənədlərlə tam təmin olunacaq.Sənədlər poçt vasitəsi ilə çatdırılacaq.
  
Onu da xatrıladaq ki,4-6 aprel tarixlərində  Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olun­muş razılı­ğa əsasən və Azərbaycan Respublikasının Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq  Rusiyadan ölkə ərazisinə gələn 1016 nəfər Azərbaycan vətəndaşının “Samur” dövlət sərhədində qəbulu və ölkə ərazisinə bu­ra­xılmaları təmin edilib.Onlar ilkin müayinə olunublar və karantin rejimində təcrid edilmələri  həyata keçirilib.
Sənan Həsənoğlu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ