Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
Tarix: 16-04-2024, 14:26
Baxılıb: 138
Google+ Paylaş
Tumblr Paylaş

Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!

16-04-2024, 14:26

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərdən bəziləri sosial şəbəkədə yazıb ki, aprel ayının pensiyası nədənsə gecikir.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili isə dedi ki, hər hansı gecikmə yoxdur.

"Hər ayın pensiyaları qrafika uyğun olaraq həyata keçirilir. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ay bitmədən ödənişləri həyata keçirilir, heç bir gecikmədən söz gedə bilməz. Bu ayın pensiyalarının verilməsi 16-sı tarixindədir, ona görə heç bir gecikmə yoxdur", - deyə qurum rəsmisi bildirdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ