İrandan Naxçıvana qaçaqmalçılıqla yükdaşıma aşkar edilib
Tarix: 16-03-2024, 15:19
Baxılıb: 31
Google+ Paylaş
Tumblr Paylaş

İrandan Naxçıvana qaçaqmalçılıqla yükdaşıma aşkar edilib

16-03-2024, 15:19

Nəqliyyat qaiməsində qeyd olunmayan məhsullar aşkar edilib.
Reportyor.tv-nin xəbərinə görə, İran İslam Respublikasından tranzit keçməklə yük gətirən “Reno” markalı yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat qaiməsində qeyd olunmayan 1270 kq qarışıq ərzaq, müxtəlif qab-qacaq və mətbəx ləvazimatları, məişət əşyaları, tikinti materialları, eləcə də 16600 ədəd aksiz markası olmayan “Milano” markalı siqaret aşkar edilib.
Əlavə olaraq qaimədə qeyd olunan 2000 kq findıq yükü də nəqliyyat vasitəsində aşkarlanmayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ