Şərurda şagirdlər arasında mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub
Tarix: 1-03-2024, 16:00
Baxılıb: 20
Google+ Paylaş
Tumblr Paylaş

Şərurda şagirdlər arasında mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

1-03-2024, 16:00

Şərur rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra məsələ ilə bağlı komissiya yaradılıb.
Təhsil şöbəsindən Repertyor.tv Naxçıvan bürosuna verilən xəbər görə, komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparıb və məlum olub ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozub. Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin izahatları alınıb, şagirdlə profilaktiki söhbətlər aparılıb və hüquq mühafizə orqanlarına dərhal məlumat verilib. Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Komissiya tərəfindən məktəb rəhbərliyinə həmin məktəblinin nəzarətdə saxlanılması, mütəmadi olaraq şagirdlə profilaktiki söhbətlərin aparılması ilə bağlı tapşırıqlar verilmişdir. Komissiya üzvləri şagirdin valideyinləri ilə də görüşmüş, şagirdin məktəbdəki intizamsızlığı ilə bağlı məsələ onların diqqətinə çatdırılmışdır.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ