Samir Nuriyev: Azad olunmuş ərazilərə ilin sonuna kimi 5300 şəxsin qayıdışı nəzərdə tutulub
Tarix: 14-10-2023, 13:10
Baxılıb: 112
Google+ Paylaş
Tumblr Paylaş

Samir Nuriyev: Azad olunmuş ərazilərə ilin sonuna kimi 5300 şəxsin qayıdışı nəzərdə tutulub

14-10-2023, 13:10

Ötən 3 il suverenliyimizin bərpası, həmçinin işğaldan azad olunmuş əraizlərdə bərpa-quruculuq işlərinin yüksək səviyyətə həyata keçirilməsi ilə yadda qalıb.
Reportyor.tv xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib
“Ümumilikdə 2021-2023-cü illərdə 105 layihənin təməli qoyulub, onlardan 63-ü müxtəlif təyinatlı obyektlərdir ki, açılışı baş tutub. Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərə 2717 nəfər keçmiş məcburi köçkünün qayıdışı təmin edilib. İlin sonuna kimi isə 5300 şəxsin qayıdışı nəzərdə tutulub”, - o əlavə edib.
O eyni zamanda qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə ən ağrılı məsələlərdən biri də mina təhlükəsidir.
“Artıq 100 min hektarlıq sahə mina və partlamamış qurğulardan təmizlənib. Əlbəttə, Azərbaycan dövlətinin potensialı həmin əraziləri bərpa etməyə, Prezident İlham Əliyevin də dediyi kimi, cənnətə çevirməyə hazırdır”, - o əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ