Füzuliyə köçürülən daha 22 ailəyə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB
Tarix: 13-10-2023, 20:04
Baxılıb: 95
Google+ Paylaş
Tumblr Paylaş

Füzuliyə köçürülən daha 22 ailəyə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB

13-10-2023, 20:04

Oktyabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Reportyor.tv verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib.
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Reportyor.tv xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ