Qarabağın erməni sakinlərinin nümayəndələri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər
Tarix: 29-09-2023, 19:24
Baxılıb: 123
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağın erməni sakinlərinin nümayəndələri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər

29-09-2023, 19:24

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə görə təşəkkür ediblər.
Reportyor.tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən məlumatda qeyd olunub.

"Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər", - məlumatda vurğulanıb.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ