Gəncədə Anım Günü ilə bağlı tədbir keçirilib
Tarix: 27-09-2023, 12:00
Baxılıb: 51
Google+ Paylaş
Tumblr Paylaş

Gəncədə Anım Günü ilə bağlı tədbir keçirilib

27-09-2023, 12:00

Gəncədə 27 sentyabr Anım Günü Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Reportyor.tv yerli bürosunun məlumatıma görə, anım tədbiri Gəncə Şəhidlər xiyabanında baş tutub. Anım mərasimində Quru Qoşunları komandanı, general-mayor Ənvər Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə gələrək onların əziz xatirəsini yad ediblər.Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ