FHN nümayəndə heyəti AEBA-nın Baş Konfransının 67-ci sessiyasında iştirak edir
Tarix: 27-09-2023, 10:57
Baxılıb: 64
Google+ Paylaş
Tumblr Paylaş

FHN nümayəndə heyəti AEBA-nın Baş Konfransının 67-ci sessiyasında iştirak edir

27-09-2023, 10:57

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Baş Konfransının 67-ci sessiyasında iştirak edir.
FHN-dən Reportyor.tv  verilən məlumata görə, 25-30 sentyabr tarixlərini əhatə edəcək sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Nazirlər Kabineti, Xarici İşlər, Energetika, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin məsul şəxsləri daxildir. Tədbirdə, həmçinin FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev iştirak edir.
Sessiyanın işində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Tapdıq Əmiraslanov Azərbaycanda nüvə texnologiyalarından tibb, kənd təsərrüfatı və elmi tədqiqatlar kimi dinc məqsədlərlə istifadəsindən söz açıb, bu sahədə AEBA ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, AEBA-nın nüvə texnologiyalarından sülh məqsədi ilə istifadəsi üzrə beynəlxalq dialoq və əməkdaşlığın əsas formatı kimi rolunun təşviq olunmasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetlərindən biri olduğunu vurğulayıb.
Nazir müavini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində radioloji monitorinqinin aparılması haqqında da sessiya iştirakçılarına məlumat verib.
T.Əmiraslanov çıxışında Ermənistanın seysmik zonada yerləşən və köhnəlmiş texnologiyaya əsaslanan Metsamor Atom Elektrik Stansiyasının törətdiyi təhlükə ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib, Ermənistanın nüvə təhlükəsizliyi ilə bağlı öz beynəlxalq öhdəliklərini şəffaf şəkildə yerinə yetirməli olduğunu diqqətə çatdırıb.
Hazırda gündəliyində nüvə və radiasiya təhlükəsizliyi, texniki əməkdaşlıq, nüvə elmi, nüvə texnologiyası və tətbiqləri sahələrində AEBA-nın rolunun gücləndirilməsi və bəzi regional məsələlər dayanan sessiya öz işini davam etdirir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ