Hikmət Hacıyev: “Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”
Tarix: 15-08-2023, 16:16
Baxılıb: 199
Google+ Paylaş
Tumblr Paylaş

Hikmət Hacıyev: “Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”

15-08-2023, 16:16

“Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev “X”də paylaşım edib.
“Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında 4 000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı müəyyən edilib”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ