Baş katib: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ ilə əməkdaşlığa böyük töhfə verir
Tarix: 19-06-2023, 12:39
Baxılıb: 145
Google+ Paylaş
Tumblr Paylaş

Baş katib: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ ilə əməkdaşlığa böyük töhfə verir

19-06-2023, 12:39

Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlıq həyata keçirilir.
Reportyor.tv xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı deyib.
Baş katib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ