Nazir: Gürcüstan Ermənistan-Azərbaycan dialoqunun qurulması üçün addımlar atmağa hazırdır - YENİLƏNİB
Tarix: 16-06-2023, 15:53
Baxılıb: 138
Google+ Paylaş
Tumblr Paylaş

Nazir: Gürcüstan Ermənistan-Azərbaycan dialoqunun qurulması üçün addımlar atmağa hazırdır - YENİLƏNİB

16-06-2023, 15:53

Gürcüstanın xarici siyasəti qonşu ölkələrə münasibətdə balanslaşdırılmış tərəfdaşlıq əlaqələrini və qarşılıqlı faydalı, praktiki əməkdaşlığa fokuslanır.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentinin “nazir saatı” formatında keçirilən dinləmədə çıxışı zamanı deyib.
XİN başçısı qeyd edib ki, Gürcüstan hökumətinin başlıca məqsədi sülh və sabitliyin, yaxşı qonşuluq münasibətlərinin və regionun iqtisadi inkişafının təşviq edilməsidir.
“Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində Gürcüstan iki qonşu ölkə arasında konstruktiv dialoq istiqamətində effektiv addımlar atıb. Biz Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində təbii roluna inandığımızdan (sülh prosesində) iştirakımızı davam etdirməyə hazırlığımızı bir daha vurğulayırıq”, - Darçiaşvili deyib.
Gürcüstan hökuməti gələcəkdə də Ermənistan və Azərbaycan arasında dialoqun qurulması üçün addımlar atmağa hazırdır.
Reportyor.tv xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.
“Biz hesab edirik ki, Gürcüstanın regionda sülhün və sabitliyin təmin edilməsində özünəməxsus rolu var”, - Darçiaşvili qeyd edib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ