Zakir Həsənov təxribatların qarşısının alınmasına hər an hazır olmaq barədə göstərişlər verib
Tarix: 16-06-2023, 15:49
Baxılıb: 255
Google+ Paylaş
Tumblr Paylaş

Zakir Həsənov təxribatların qarşısının alınmasına hər an hazır olmaq barədə göstərişlər verib

16-06-2023, 15:49

Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib
Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
Reportyor.tv xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ