Pentaqondan İrəvana ŞOK
Tarix: 9-04-2023, 21:58
Baxılıb: 1 241
Google+ Paylaş
Tumblr Paylaş

Pentaqondan İrəvana ŞOK

9-04-2023, 21:58

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistanın “Defender 23” təlimlərində iştirak edən ölkələr siyahısına daxil edilməsinin və bir müddət sonra bu siyahıdan çıxarılmasının səbəbini izah edib.
Reportyor.tv bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, Pentaqon bəyan edib ki, Ermənistanın “Müdafiəçi 23” təlimində iştirak edən ölkələr siyahısına salınması səhv idi. Müdafiə Nazirliyi “Amerikanın səsi”nin mövzu ilə bağlı sualını belə cavablandırıb.
Bildirilib ki, Ermənistanın “Müdafiəçi 23” təlimində iştirak edən ölkələrin siyahısına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat komandasının səhvi olub. “Ermənistan tərəfi “Müdafiəçi 23” təlimlərində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, - deyə Pentaqonun cavabında bildirilir.
Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropanın on ölkəsində başlayacaq “Defender 23” hərbi təlimləri barədə məlumat yayıb. Ermənistan da təlimlərdə iştirak edən ölkələr siyahısına daxil edilib, lakin bir neçə saat sonra mesajın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb.
Aprelin 8-də Armenpress-in sualına cavab olaraq Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, Müdafiə Nazirliyi bu il ABŞ Ordu Komandanlığının Avropada təşkil etdiyi 2 hərbi təlimdə iştirak etməyi planlaşdırır.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ