Peru prezidentinə impiçment elan edilir - Parlament prosesin başlanmasını təsdiqlədi
Tarix: 2-12-2022, 12:20
Baxılıb: 299
Google+ Paylaş
Tumblr Paylaş

Peru prezidentinə impiçment elan edilir - Parlament prosesin başlanmasını təsdiqlədi

2-12-2022, 12:20

Peru parlamenti prezident Pedro Kastilyonun impiçmenti üzrə təşəbbüsün nəzərdən keçirilməsinə icazə verib.
Azpost.info xəbər verir ki, təşəbbüsün təsdiqi üçün parlamentarilərin üçdə ikisinin – 87 nəfərin dəstəyi lazımdır.
Parlamentin bəyanatında deyilir ki, lehinə 73 səslə Konqresin plenumu Pedro Kastilyonun vəzifəsindən kənarlaşdırılması təklifini qəbul edib. Bu məsələnin mahiyyəti üzrə birbaşa müzakirəsi növbəti plenar iclasda keçiriləcək.
Kastilyonun vəzifədən kənarlaşdırılması təklifinin müəllifi, deputat Edvard Malaga Trillo prezidentin hərəkətlərində korrupsiya əlamətlərinin olduğunu və bu hərəkətlərin etika və əxlaqa zidd olduğunu iddia edir. O, hakimiyyətdə mümkün kriminal sxemin mövcudluğuna da işarə edərək səriştəsiz şəxslərin yüksək vəzifələr tutmamalı olduğunu bildirib.
“Azad Peru” sol radikal partiyasının nümayəndəsi Pedro Kastilyo 2021-ci ildə keçirilən prezident seçkilərində səslərin 51 faizini yığaraq qalib olub. Kastilyonun səlahiyyət müddəti 5 ildir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ