Qazaxıstanın işğalı: KTMT öz nizamnaməsini pozdu
Tarix: 7-01-2022, 19:08
Baxılıb: 335
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanın işğalı: KTMT öz nizamnaməsini pozdu

7-01-2022, 19:08

Nəticə kimə sərf edirsə, bu nəticəni yetişdirən səbəblərin də arxasında o var.

Qazaxıstandakı hadisələr və nəticəsi bu siyasi aksiomanı yenidən gündəmə gətirdi.

Sosial narazılıqla başlanan etirazlar siyasiləşdirildi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri ölkəyə yeridildi.

Qazaxıstan KTMT-nin üzvü olsa da, “sülhməramlı” adı altında qoşunların ölkəyə yeridilməsi həm suverenlik prinsipinə, həm də elə təşkilatın öz nizamnaməsinə ziddir.

KTMT-nin Nizamnaməsinin 4-cü maddəsinə qeyd olunur:

- Təşkilat öz fəaliyyətində Təşkilatın üzvü olmayan dövlətlərlə əməkdaşlıq edir, təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələr qurur. Təşkilat beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə əsaslanan ədalətli, demokratik dünya nizamının formalaşmasına yardım edir;

Qazaxıstana qoşun yeridilməsi KTMT-nin beynəlxalq hüquqa hörmət prinsipinə ziddir.

Nizamnamənin 5-ci maddəsində isə qeyd olunur ki, “Təşkilat üzv dövlətlərin müstəqilliyinə ciddi hörmət, iştirakın könüllülüyü, hüquq və öhdəliklərinin bərabərliyi, üzv dövlətlərin milli yurisdiksiyasına aid olan məsələlərə qarışmamaq prinsipləri əsasında fəaliyyət göstərir”.

Qazaxıstanda baş verənlər nə idi?

- Ölkənin daxili işidir;
- Milli yurisdiksiyasına aiddir;
- Problemi dövlət özü həll etməli idi;

Nə baş verdi?

Silahlı toqquşmalar yaradılmaqla KTMT-nin 7-ci maddəsinin işə düşməsinə əsaslar hazırlandı və qoşunlar ölkəyə daxil edildi. Bununla KTMT-nin 5-ci maddəsi də pozulmuş oldu. Faktiki olaraq, Qazaxıstanın işğalına gedən proses hazırlandı.

Kim?

Baş verən hadisələrin benefisiarı türk dünyası deyil, qazax xalqı, Qazaxıstan dövləti də deyil. Cavab bəllidir: Rusiya.

Bu, neoklassizmin formasıdır və 30 il öncə müstəqilliyinə qovuşmuş və əldə etdiyi bu neməti gücləndirmək istiqamətində addımlar atan Qazaxıstan KTMT “sülhməramlıları” adı altında işğal edildi.

XIX əsrin ortalarında Rusiya “Avropanın jandarmı” kimi tanınırdı. Ötən əsrin əvvəllərində də milli azadlıqları boğmaq rolunda çıxış etdilər. Əsrin sonlarında SSRİ Əfqanıstana müdaxilə ssenarisini tətbiq etdi. 90-cı illərdə Bakıda 20 Yanvar qətliamını törətdilər. Almatıda, Vilnüsdə, Tbilisidə də azadlığı boğmaq üçün qan tökdülər. Yenə davam edirlər.

KTMT hazırda post-sovet məkanının “jandarma” rolunu oynayır. Qazaxıstana müdaxilə bunu bir daha təsdiq etdi. Baş verənlər Qazaxıstanın işğalıdır və qazax xalqı bunu bağışlamamalıdır. KTMT adı altında edilən müdaxilə və tökülən qan da qazaxların bunu bağışlamayacağını deməyə əsas verir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ