Vasif Talıbovun kadrını işdən çıxarırlar - TƏCİLİ İCLAS
Tarix: 25-04-2024, 12:03
Baxılıb: 47
Google+ Paylaş
Tumblr Paylaş

Vasif Talıbovun kadrını işdən çıxarırlar - TƏCİLİ İCLAS

25-04-2024, 12:03

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təcili iclası keçirilir. İclasın gündəliyi son ana qədər gizli saxlanılıb.

Reportyor.tv xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun vəzifədən uzaqlaşdırılması səsə qoyulacaq.

Səbuhi Məmmədov 2020-ci ilin mayında o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov tərəfindən baş nazir təyin olunub. Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb. O, Vasif Talıbovun əsas kadrlarından hesab olunur. Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılandan sonra da Səbuhi Məmmədovla əlaqələri qalıb.

TNS-in ötən gün yaydığı xəbərdə deyilir ki, iclasın gündəliyi açıqlanmayıb. Ona görə də deputatlar hansı məsələnin müzakirə olunacağını bilmir. Ötən il Ali Məclis rəhbərliyinin dəyişdirilməsindən sonra keçiriləcək iclasların gündəliyi bir gün əvvəl açıqlanırdı. Gündəliyin açıqlanmaması deputatlarda ciddi suallar yaradıb. Ali Məclisin təcili iclasının çağırılması zərurəti yaranıbsa, deməli, vacib bir məsələ müzakirə olunacaq. Qeyd edək ki, aprelin 21-də deputatlara iclasın keçiriləcəyi ilə bağlı məlumat verilmişdi. Ancaq aprelin 22-də iclas təxirə salınmışdı.   


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ