KTMT-nin Baş katibi: Bakı Qarabağda təhlükəsizliyi öz gücü ilə təmin edəcək
Tarix: 22-04-2024, 13:16
Baxılıb: 45
Google+ Paylaş
Tumblr Paylaş

KTMT-nin Baş katibi: Bakı Qarabağda təhlükəsizliyi öz gücü ilə təmin edəcək

22-04-2024, 13:16

Bakı Qarabağda təhlükəsizliyi təmin etmək iqtidarındadır.
Bunu TASS-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına münasibət bildirərkən deyib.
“Qarabağda Rusiya sülhməramlılarının olmasına gəlincə, bu ərazi Azərbaycan Respublikasına məxsusdur. Bakı onun təhlükəsizliyini təmin etmək iqtidarındadır və bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik xeyli dərəcədə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivindən asılıdır”, - o bildirib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlayıb ki, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ