İcma beynəlxalq təşkilatları radikal erməni millətçi dairələrinə qarşı mübarizə aparmağa çağırıb
Tarix: 16-04-2024, 11:06
Baxılıb: 33
Google+ Paylaş
Tumblr Paylaş

İcma beynəlxalq təşkilatları radikal erməni millətçi dairələrinə qarşı mübarizə aparmağa çağırıb

16-04-2024, 11:06

Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırıb.
Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstututu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır:
"Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir.
Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur. Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır.Qurumun heyətində E.Poqosyan, L. Mirzoyan kimi erməni diasporasının radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur.
Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə qınayır. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ