Baş nazirdən Qaçqınkomla bağlı daha bir qərar
Tarix: 15-04-2024, 13:11
Baxılıb: 77
Google+ Paylaş
Tumblr Paylaş

Baş nazirdən Qaçqınkomla bağlı daha bir qərar

15-04-2024, 13:11

"Qaçqınkom"un kollegiyasının tərkibində dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə Kollegiyanın üzvləri siyahısındakı “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru” sözləri “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Hüquq və kadrlar şöbəsinin müdiri” sözləri ilə əvəz edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ