Əfv Məsələləri Komissiyasının iclası keçirilir, müraciətlərə baxılır
Tarix: 3-04-2024, 15:39
Baxılıb: 33
Google+ Paylaş
Tumblr Paylaş

Əfv Məsələləri Komissiyasının iclası keçirilir, müraciətlərə baxılır

3-04-2024, 15:39

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.
İclasda komissiyaya daxil olan müraciətlərə baxılır.
Qeyd edək ki, indiyədək 69 əfv Sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
Prezident İlham Əliyev sonuncu dəfə ötən il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ