Mirzoyan: Bəzi məsələlərdə Ermənistanla Azərbaycanın mövqeləri yaxınlaşıb
Tarix: 15-03-2024, 12:59
Baxılıb: 28
Google+ Paylaş
Tumblr Paylaş

Mirzoyan: Bəzi məsələlərdə Ermənistanla Azərbaycanın mövqeləri yaxınlaşıb

15-03-2024, 12:59

Ermənistanla Azərbaycanın bəzi məsələlərdə mövqeləri yaxınlaşıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı konsensusa yaxındırlar.
Erməni nazir qeyd edib ki, hər iki ölkə 1991-ci il sərhədlərinin delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı razılaşmaya yaxındırlar.
Mirzoyan əlavə edib ki, indi iki ölkənin mövqeləri hətta bir ay əvvəlki ilə müqayisədə də daha yaxındır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ