Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib
Tarix: 12-03-2024, 20:16
Baxılıb: 31
Google+ Paylaş
Tumblr Paylaş

Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib

12-03-2024, 20:16

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana səfəri çərçivəsində bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Reportyor.tv xəbər verir ki, məlumatı Gürcüstan MN yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında strateji əməkdaşlıq əlaqələrinin vacibliyini müzakirə ediblər.
Qeyd olunub ki, İrakli Çikovani Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu vurğulayıb.
Tərəflər həmçinin ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Görüşdə Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın intensiv şəkildə və illik plana uyğun şəkildə davam etdirildiyi vurğulanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ