İlham Əliyev Macarıstanın yeni dövlət başçısını təbrik edib
Tarix: 29-02-2024, 11:02
Baxılıb: 17
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev Macarıstanın yeni dövlət başçısını təbrik edib

29-02-2024, 11:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Şuyok,
Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Bizim WhatsApp kanalımıza abunə olun


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ