Putindən Fələstinlə bağlı kritik açıqlama: Biz onlar üçün vuruşuruq
Tarix: 31-10-2023, 10:16
Baxılıb: 119
Google+ Paylaş
Tumblr Paylaş

Putindən Fələstinlə bağlı kritik açıqlama: Biz onlar üçün vuruşuruq

31-10-2023, 10:16

Rusiyanın Yaxşın Şərqlə bağlı mövqeyində heç vaxt şəxsi maraq olmayıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib və o, problemin həllinin açarının tamhüquqlu Fələstin dövlətinin yaradılması olduğunu bildirib.

"Yaxın Şərq böhranının indiki mərhələsinin necə başladığını xatırlayırıq - bu dövlətin ərazisində İsrail və digər ölkələrin dinc sakinlərinə qarşı terror hücumu ilə. Biz həmçinin onu da görürük ki, cinayətkarları və terrorçuları cəzalandırmaq əvəzinə, kollektiv məsuliyyət prinsipi əsasında qisas alırlar. Təəssüf!”, - Putin qeyd edib.O vurğulayıb ki, Rusiya həm özü, həm də real azadlığa can atanlar üçün mübarizə aparır: "Biz yalnız Fələstinə bu faciənin arxasında duranlara qarşı mübarizədə kömək edə bilərik. Biz Rusiyayıq və həm özümüz üçün, həm də həqiqi azadlıq uğrunda mübarizə aparanlar üçün vuruşuruq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ