“Mən həkim, polis olsaydım...” - Əməkdar artist tənqidlərə cavab verdi
Tarix: 6-04-2020, 17:34
Baxılıb: 878
Google+ Paylaş
Tumblr Paylaş

“Mən həkim, polis olsaydım...” - Əməkdar artist tənqidlərə cavab verdi

6-04-2020, 17:34

“Mən həkim olsaydım, sutkalarla xəstəxanada olardım və insanları müalicə edərdim. Mən polis olsaydım, yenə də sutkalarla postda olardım və şəhərimizi qoruyardım. Amma belə alınıb ki, mən artist, rejissor, naşirəm və öyrəndiyim, bacardığım və sevdiyim işlə məşğul oluram. Ona görə də, şərhlərdə bu çətin anlarda gülməli roliklər paylaşdığımı təndiq edənləri anlamıram”.
Musavat.com xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. O şəxsi səhifəsində onu təndiq edənlərə səslənib: “Probləmlər səni hərəkət etməyə vadar etməlidir, depresiyyaya salmalı deyil!” Bu kəlmə Yer kürəsində heç də ən ağılsız olmayan insana – ədəbiyyat sahəsində Nobel mükafatı laureatı və “Oskar” sahibi Bernard Şouya məxsusdur. Mən də məhz bu cürə edirəm! Bu gün mənim üçün hərəkət – sizin evdə qaldığınız vaxtın heç olmasa, bir neçə dəqiqəsini şən və gülməli etmək, sizi gülümsəməyə vadar etmək və bədbin fikirlərdən uzaq etməkdir. Amma insanları qorxutmaq və panikaya salmaqda mən nə sənətimə görə, nə də vətəndaş borcuma görə səlahiyyətli deyiləm. Bunu edənləri də başa düşmürəm! Bəli, çətin vaxtdır, bəli, karantində qalmaq arzuladığımız bir şey deyildi. Lakin biz necə otururuq? Öz evlərimizdə, harda ki, işıq, istilik, su, internet və soyuducuda ərzaqlar, küçədə isə əmin-amanlıq, təmizlik və aydın səma var. Leninqrad blokadası şəraitində isə, insanların acından və soyuqdan, bomba atılmalarından öldüyü bir vaxtda Ermitajın zirzəmisində Leninqrad ziyalıları Nizami Gəncəvinin 800 illiyini qeyd edirdi və hətta simfonik orkest ifa edirdi! Buna görə də, narazılıq edənlər, bizim “əzab”larımızı və narazılıqlarımızı insanların müharibə vaxtı çəkdikləri ilə müqayisə etsin. Gülümsəmək istəmirsinizsə, qaşqabaqlı qalın, kədərlənin, qıcıqlanın, hirslənin. Hərçənd ki, mən bunu məsləhət görmürəm, çünki pis əhval-ruhiyyə immuniteti zəiflədir. Həyat davam edir və onu optimistlər davam edir! Sadəcə bu barədə düşünün”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ