Karantində evdə qalan məşhurların bir günü: “Onları görəndə özümü müharibədə hiss edirəm” (FOTOLAR)
Tarix: 5-04-2020, 23:38
Baxılıb: 664
Google+ Paylaş
Tumblr Paylaş

Karantində evdə qalan məşhurların bir günü: “Onları görəndə özümü müharibədə hiss edirəm” (FOTOLAR)

5-04-2020, 23:38

Dünyada koronavirus epidemiyası yayılmaqda davam edir. Bu səbəbdən virusun yayıldığı ölkələrdə karantin rejimi tətbiq edilir. Azərbaycanda da bu gündən etibarən küçəyə çıxmaq məhdudlaşdırılıb. Evdə qalan insanlar əsas vaxtını sosial şəbəkədə keçirir. Onlar bişirdikləri yeməkləri, oxuduqları kitabları, izlədikləri filmləri, formada qalmaq üçün atdıqları addımları, bir sözlə günlük rutinlərini izləyiciləri ilə bölüşürlər. Aktiv sosial şəbəkə istifadəçiləri arasında əsas yeri tanınmışlar tutur. Bəs onların karantində bir günü necə keçir? Karantində evdə qalan məşhurlar hansı əyləncə ilə məşğul olurlar?

Musavat.com tanınmışlar arasında sorğu aparıb. Aktrisa Aysel Nazim bildirib ki, vaxtını evdə oğlu ilə keçirir:
aysel.jpg (19 KB)
“Bəzi günlər işə getməli oluram. Çəkilişləri yarımçıq qoya bilmərəm. Çəkiliş olmadığı günlər isə evdən çıxmıram. Evdə oğlumla vaxt keçirirəm. Musiqi təhsili alır. İndi dərsə getmədiyi üçün öyrəndiklərini evdə bərabər təkrarlayırıq. Birlikdə idman edir, yemək hazırlayırıq. Bu dönəmdə immunetiti güclü saxlamaq, həm də formada qalmaq lazımdır. Ona görə meyvə-tərəvəzə üstünlük verirəm. C və D vitamini orqanizmi bu virusdan qorumağa kömək edir.
Bundan başqa sosial şəbəkədə əylənmək üçün başladılan kampaniyalara qoşuluram. Videolar çəkirəm. Bəzən də canlı yayım açıb, türkiyəli sənətçilərlə söhbət edirəm, izləyicilərin suallarını cavablayıram. Hər kəs evdə darıxa bilər, amma evdə qalmalıyıq. Bir daha sizin vasitənizlə insanlara səslənirəm, evdə qalın, hamımızın sağlamlığı bir-birimizdən asılıdır. Biz birlikdə güclüyük Qaydalara əməl edin, bu virusa qalib gəlib, normal həyatımıza geri dönək”.

Aparıcı-aktyor Şəhriyar Əbilov evdə vaxtını kitab oxuyaraq keçirənlərdəndir:
shahriyarabilov_34182291_1641978152581907_2158219554411511808_n.jpg (46 KB)
“Səhər yuxudan dururam, diyetik sıyığımı yeyirəm. Suya 10 damcı pereks töküb içirəm ki, mikroblar ölsün. Gün ərzində seriallara, filmlərə baxıram. Yaxşı aktyorların oyunundan dərs götürürəm. Netfilksdə yayımlanan fərqli serialları izləyirəm. Rəssamlığa marağım var, boş vaxtımda rəsm çəkirəm. Mənim üçün aktyorluq birinci, aparıcılıq ikincisidirsə, üçüncü rəssamlıqdır. Maraqlı kitablar oxuyuram. Əsas psixologiyaya aid kitablar oxuyuram. Sosial şəbəkədə arxiv materiallarımı bölüşürəm. Evdə günümü maraqlı keçirməyə çalışıram”.
Aktrisa Çimnaz Sultanova isə koronavirusa yoluxmaqdan qorxduğunu, vaxtını virusla bağlı məlumatlar toplamaqla keçirdiyini deyib:
çimnaz.jpg (668 KB)
“Panikadayam. Bütün günü evdəyəm. Post Patrolları pəncərədən görəndə qorxuya düşürəm, özümü müharibədə hiss edirəm. Gündə 4 dəfə qızdırmamı ölçürəm. Xəstəlik tutmaqdan qorxuram. Əsasən rus televiziyalarını izləyirəm, onlar da bütün günü koronavirusdan danışır. Vaxtımı sosial şəbəkəni izləmək, fotolar paylaşmaq, kitab oxumaqla keçirirəm”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ