Bu, həyat yoldaşımın ilk qız övladı olacaq
Tarix: 23-04-2024, 15:31
Baxılıb: 113
Google+ Paylaş
Tumblr Paylaş

Bu, həyat yoldaşımın ilk qız övladı olacaq

23-04-2024, 15:31

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb.
Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb.

Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq:

"Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı çox böyük problem yaşayırıq. Qorxuram ki, adın düşər-düşməməzliyi ola bilər. O şeylərdən qorxan insanam. Bu məsələni həyat yoldaşımın seçiminə buraxmışam. Bu, onun ilk qız övladı olacaq. O necə istəyirsə, elə də olsun. Deyir ki, qızımıza "Sevgi" adını qoyaq. Amma hələ dəqiq bilmirəm.

Hazırda çox xoşbəxtəm. Həyat mənim üzümə gülərmiş. Anam məni çox əziyyətlə böyüdüb. Mən atasız böyümüşəm. Evimizdə arxa-dayağımız olmayıb. Mənim isə dayağım anam olub. Məni nənəm saxlayıb. Qarşına səni sevən, ailəsinə dəyər verən həyat yoldaşı çıxanda az da olsa, daha əvvəl yaşadığın çətinlikləri unudursan.

Mənim atasızlığım uşaqlıq travmamdır. Qadın övlad dünyaya gətirəndə elə kişidən gətirməlidir ki... Ata söhbətləri açılanda gözlərim dolur, kövrəlirəm. Mən ata olaraq anamın həyat yoldaşı Fazil bəyi bilirəm. Nə yaxşı ki, o bizim həyatımızda var".

Qeyd edək ki, Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ