Röya onun cavabını verdi: "Bu qədər gombul və paxıl olma" - FOTO
Tarix: 29-03-2024, 16:31
Baxılıb: 118
Google+ Paylaş
Tumblr Paylaş

Röya onun cavabını verdi: "Bu qədər gombul və paxıl olma" - FOTO

29-03-2024, 16:31

Hər zaman ideal bədən ölçüləri ilə diqqət mərkəzində olan Xalq artisti Röya Ayxan bir izləyicinin onu fotoşop edilmiş fotolar paylaşmaqda ittiham etməsinə səssiz qalmayıb. 
Ard-arda yeni fotosessiyalarını sosial media hesabında bölüşən sənətçinin bu kadrları müzakirələrə səbəb olub.
Bəziləri hətta onun fotolarına çox effekt verdiyini yazıb. Ulduz instaqramın hekayə bölümündə həmin rəylərdən birini paylaşaraq onu lentə alan məşhur fotoqraf Oruc Mutluya müraciət edib.
"Oruc Mutlu, nə yazdılar gördünmü? Rəng işləmədən təbii halını bu qadına göndərə bilərsən? Bu da sizə fotosessiya zamanı çəkilən foto. Fotoşop sadəcə sinədə oldu, o da estetik olmalıdır ona görə. Aa bir söz deyim, məncə dieta vaxtıdır, bu qədər gombul və paxıl olma. Qadın qan sevər, amma bu qədər yox", - Röya yazıb.
Xatırladaq ki, 41 yaşlı Xalq artisti fevral ayında Türkiyədə bir neçə estetik əməliyyat keçirdiyini açıqlamışdı. Onun üzündəki dəyişiklik izləyicilərinin diqqətindən yayınmayıb.


 
 








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ