Faiq Ağayev bu zəhərlənmə ilə bağlı xəbərdarlıq etdi: Dərmanı yoxdur - VİDEO
Tarix: 28-03-2024, 15:20
Baxılıb: 69
Google+ Paylaş
Tumblr Paylaş

Faiq Ağayev bu zəhərlənmə ilə bağlı xəbərdarlıq etdi: Dərmanı yoxdur - VİDEO

28-03-2024, 15:20

Ehtiyatlı olun, dostlar. Özünüzü zəhərləməyin. Məsələn, hansısa bir qidanı yedik və o qidadan zəhərləndik. Dərmanlar var, əgər həkimə gec müraciət etməmisənsə, indiki təbabət insanı o dünyadan qaytara bilər. Amma sən zərərli musiqi eşidirsənsə, onun dərmanı yoxdu. 
Bu sözləri Xalq artisti Faiq Ağayev "Space" kanalında qonaq olduğu verilişdə deyib. Azərbaycan musiqisinin bu günündən danışan ifaçı bu sənətdə qeyir-peşəkarların çoxalmasından gileylənib:
"Ona görə bütün daxil olan musiqinin məlumatını süzgəcdən keçirmək lazımdır. Pis musiqi eşidəndə, keyfiyyətsiz film izləyəndə və kitab qarşımıza çıxanda biz kirlənirik. İnformasiyanı mütləqdir ki, süzgəcdən keçirəsən. Bu, mental zəhərlənmədir. Şeirə, musiqiyə, rəsmə, ümumilikdə incəsənətə məişət yanaşması ən böyük qəbahətdir", - Xalq artisti vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ