Azərbaycanlı həkimdən ŞOK PROQNOZ: Hər kəs virusa yoluxacaq və onların 35 faizi... - VİDEO
Tarix: 10-04-2020, 19:30
Baxılıb: 32 264
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlı həkimdən ŞOK PROQNOZ: Hər kəs virusa yoluxacaq və onların 35 faizi... - VİDEO

10-04-2020, 19:30

Video əlavə olunub.

***
“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov sosial şəbəkədə yazıb. Nevroloq hesab edir ki, görülən tədbirlərə baxmayaraq, virusu dəf etmək mümkün olmayacaq. O, virusla bağlı aşağıdakı proqnozları verib:
25% insan virusa yoluxduğunu bilməyəcək, ayaqüstə keçirəcək. Orqanizmdə hansı hadisələrin cərəyan etdiyindən xəbərləri belə olmayacaq.
35% insanda yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaq.
20% insanda ağır əlamətlər olacaq. Hərarət yüksək rəqəmlərə çatacaq. Hospitalizasiyaya ehtiyac yaranacaq. Amma sağalacaq.
15% insanda ciddi tənəffüs problemləri başlayacaq. Süni tənəffüs aparatına qoşulmağa ehtiyac yaranacaq.
5% insan dünyasını dəyişəcək.
Aytən Məftun





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ