COVID-19-a yoluxan Mirvari Fətəliyeva xlorikin içir
Tarix: 9-04-2020, 11:59
Baxılıb: 1 023
Google+ Paylaş
Tumblr Paylaş

COVID-19-a yoluxan Mirvari Fətəliyeva xlorikin içir

9-04-2020, 11:59

Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin virtual qonağı olub.
Mirvari Fətəliyeva verilişdə sualları cavablandırarkən koronavirusa yoluxmasından danışıb.
O, COVID-19 virusuna qalib gəlmək üçün istifadə etdiyi dərmanın adını açıqlayıb: "Vəziyyətim müsbətə doğru gedir, çox şükür. Artıq 8 gündür ki, dərman vasitəsi və təbii ədviyyatlardan istifadə edirəm. Səhhətim get-gedə yaxşılığa doğru gedir.
Fransız infeksioloqu var, adı Didye Raultdur. Onun məsləhət gördüyü və hər birimizin də tanıdığı paludizmə qarşı olan xlorikin dərmanından istifadə edirəm. Bu drəmanı 10 gün ərzində qəbul etməliyəm.
Açığı, bu dərman ətrafında geniş müzakirələr gedir. Fransada bəziləri bu dərmana qarşıdır, ondan istifadə edən xəstəxanalar da var. Amma bu dərman virusun tam çarəsi kimi təqdim edilmir. Lakin mənim müraciət etdiyim xəstəxanada nəfəs çatışmazlığımın daha da ağırlaşmaması üçün bu dərmanı içməyimi mənə məsləhət gördülər". (BAKU.WS )


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ